Nikosiya ya da LefkoşaKipr RespublikasınınŞimali Kipr Türk Respublikasının paytaxtı. Dünyanın sonuncu bölünmüş paytaxt şəhəri hesab olunur.[2] Əhalisi 97.700 nəfərdir (türk tərəfi — 49 868, yunan tərəfi — 47 832). Şəhər Mesoariya düzənliyində 150 metr hündürlüklü Pedisos çayı sahilində yerləşmişdir. Kipr yunanlarının Nikosiya, Kipr türklərinin Lefkoşa adlandırdıqları şəhərdə 200 mindən bir qədər artıq adam yaşayır. Əlverişli mövqeyi olan şəhər böyük nəqliyyat qovşağıdır. Dəmir və avtomobil yolları Nikosiyadan ölkənin hər tərəfinə çəkilmişdir. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli aeroport fəaliyyət göstərir.

Nikosiya
türk. Lefkoşa
yun. Λευκωσία
Bayraq Gerb
Bayraq Gerb
35°10′21″ şm. e. 33°21′54″ ş. u.HGYO
Ölkə
Region Nikosiya
Rayon Nikosiya
Başçı Mehmet Harmancı
Tarixi və coğrafiyası
Sahəsi
  • 51,06 km²
Mərkəzin hündürlüyü 220 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 330.000 nəf. (2015)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +90 392
Poçt indeksi 1010–1107
İnternet domeni

.cy

.ct.tr
Digər
nicosia.org.cy
Xəritəni göstər/gizlə
Nikosiya xəritədə
Nikosiya
Nikosiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Nikosiya Kiprin əsas iqtisadi, siyasi mədəni mərkəzidir. Şəhərdə metal emalı, dəri-ayaqqabı, toxuculuq, yeyinti, poliqrafiya sənaye müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrlə yanaşı Nikosiyada dulusçuluq xalq sənətkarlığı da inkişaf etdirilimişdir.

Paytaxtın muzeyləri, tarixi memarlıq və arxitektura abidələri turistlərin çox xoşuna gəlir. Şəhərin əsası eramızdan əvvəl təqribən VII əsrdə qoyulmuşdur. Eramızdan əvvəl 58-ci ildə Roma imperiyasının, sonralar Bizansın tərkibinə daxil edilib. Əvvəllər şəhər Ledra adlanırdı. Nikosiya adı şəhərə XIII əsrdə verilmişdir. Nikosiya qədim yunanların qələbə allahı hesab edilən Nikinin şərəfinə verilmişdir.

İstinadlar

redaktə
  1. http://www.mof.gov.cy/mof/cystat/statistics.nsf/populationcondition_21main_gr/populationcondition_21main_gr?OpenForm&sub=1&sel=2.
  2. Coexistence in the Disappeared Mixed Neighbourhoods of Nicosia, by Ahmet An (Paper read at the conference, "Nicosia: The Last Divided Capital in Europe", organized by the London Metropolitan University on 20 June 2011)

Həmçinin bax

redaktə