Gözəl bulaqotu
Gözəl bulaqotu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Gözəl bulaqotu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Gözəl bulaqotu (lat. Veronica amoena) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[1][2]
Qısa morfoloji təsviri
[redaktə | mənbəni redaktə et]Sallanan, birillik ot bitkisidir. Gövdəsi 5-15 sm hündürlükdədir. Yarpaqlar qısasaplaqlıdır. Yumurtavari və ya üçbucaq yumurtavaridir, kütdür. Kasacığı 4 bölümlüdür, hissələri eyni deyil, lansetvari, meyvəvermə zamanı 6-9 mm uzunluqdadır. Çiçək tacı iri, parlaq-göy rəngdədir, Kasacıqdan uzundur. Ləçəkləri 6-9 mm uzunluqdadır. Qutucuğu 3mm, tüklü, iki pərli, dairəvi, dar, dərin girintilidir. Yuvası 16 toxumludur. Sütuncuğu 3 mm uzunluqdadır. Toxumları 1,5-2 mm uzunluqda, yumurtavari, hamar, qayıqşəkilli, sarıdır. [3]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Çiçəkləməsi aprel-may, meyvə əmələgətirməsi may –iyun aylarında baş verir. Mezokserofitdir. Arandan aşağı dağ qurşağına kimi quru-gilli və daşlı yamaclarda, yovşanlıqlarda, əkinlərin kənarlarında rast gəlinir. [3]
Yayılması
[redaktə | mənbəni redaktə et]Abşeron, Qobustan, Kür-Araz və Lənkəran ovalıqlarıdır. [3][4]
Sayı və tendensiyası
[redaktə | mənbəni redaktə et]Populyasiyanın sayı azalır,aşama ərazisi məhdudlaşır, gələcəkdə itmə təhlükəsi yarana bilər.
Məhdudlaşdırıcı amillər
[redaktə | mənbəni redaktə et]Antropogen faktorlar (xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanması, dekortaiv kimi toplanması, infrastrukturun inkişafı, dəyişkən qilim amillərinə həssaslıq və ərazilərdə texnogen təsirin artmasıdır.
Mühafizə tədbirləri
[redaktə | mənbəni redaktə et]Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, tozumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi təklif olunur.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]Veronica albanica K. Koch