Hans fon Eyler-Helpin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hans fon Eyler-Helpin
Doğum tarixi 15 fevral 1873(1873-02-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 noyabr 1964(1964-11-06)[3][1][…] (91 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşaqları
Elm sahəsi kimya
İş yeri
Təhsili
Elmi rəhbəri Emil Fişer
Üzvlüyü
Mükafatları Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin böyük zabit xaçı
Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hans Karl Avqust Simon fon Eyler-Helpin (isv. Hans Karl August Simon von Euler-Chelpin; 15 fevral 1873, Auqsburq, Almaniya imperiyası — 6 noyabr 1964, Stokholm, İsveç) — İsveç biokimyaçısı, kimya üzrə Nobel mükafatı laureatı (1929). Leonard Eylerin nəslindəndir, Ulf fon Eylerin atasıdır.

Eyler-Helpin 1873-cü ilin fevralın 15-də Almaniyada Auqsburqda anadan olmuşdur. Riyaziyyatçı L.Eylerin nəslindəndir. 1895-ci ildə Berlin Universitetini bitirmişdir. 1896-1897-ci illərdə Qettingen Universitetində V.F.Q. Nernstin və Berlin universitetində Y.X. Vant-Hoffun rəhbərliyi altında, 1897-ci ildən Stokholm universitetində işləyir. 1906-cı ildən Stokholm Universitetinin professoru olur. 1929-1937-ci illərdə bu universitetin Biokimya İnstitutunun direktoru, 1938-1948-ci illərdə Üzvi Kimya İnstitutunun direktoru və eyni zamanda 1940-cı ildən Vitamin İnstitutunun direktoru olmuşdur.

Əsas işləri biokimyəvi proseslərin mexanizmlərinin öyrənilməsinə həsr olunub. Şəkərlərin spirtə qıcqırmasının kinetikasını tədqiq etmiş və mexanizmini aydınlaşdırmışdır.

1905-1940-cı illərdə fermentləri tədqiq etmişdir. İlk dəfə olaraq canlı orqanizmlərdə kimyəvi reaksiyaların sürətinin fermentlərin təsiri ilə artmasını müəyyən etmiş və bu hadisəni biokataliz adlandırmağı təklif etmişdir. R.M. Vilştetter ilə birlikdə 1922-ci ildə söyləmişdir ki, fermentlərin hissəcikləri kimyəvi aktiv qruplardan və kolloid daşıyıcıdan ibarətdir.

1928-ci ildə müəyyən etmişdir ki, karotin fizioloji aktivliyinə görə A vitamininə yaxındır. 1933-cü ildə müəyyən etmişdir ki, maya fermentləri ilə bütün nukleotidlərin dehidratasiyası kozimaza ilə katalizləşdirilir; belə nəticəyə glmişdir ki, fermentlərin strukturunda koferment və apofermenti ayırmaq lazımdır. Şişlərin biokimyasını öyrənmək sahəsində böyük xidmətlər göstərmişdir. Bir sıra elmlər akademiyalarının və kimya cəmiyyətlərinin üzvü olmuşdur.

1929-cu ildə Qardner ilə birlikdə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Hans von Euler-Chelpin // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 Эйлер-Хельпин Ханс Карл Август Симон фон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Euler-Chelpin, von, släkt.
  5. 1 2 NNDB (ing.). 2002.
  6. Hans von Euler-Chelpin - Facts.
  7. Norra Begravningsplatsen: Kändisarna. Hittagraven.
  8. von Euler-Chelpin, JOHAN KARL AUGUST SIMON. Svenskagravar.se.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]