Patris de Mak-Maqon

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Patris de Mak-Maqon
24 may 1873 – 30 yanvar 1879
ƏvvəlkiAdolf Tyer
SonrakıJül Qrevi
Şəxsi məlumatlar
Doğum tarixi 13 iyun 1808(1808-06-13)[1]
Doğum yeri
Vəfat tarixi 17 oktyabr 1893(1893-10-17)[2][3] (85 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Xroniki böyrək çatışmazlığı
Dəfn yeri
  • qubernatorlar sərdabəsi[d]
Təhsili
  • Sen-Lui Liseyi[d]
Fəaliyyəti zabit, siyasətçi, hərbi qulluqçu
Dini Roma-Katolik kilsəsi
Hərbi xidmət
Qoşun növü Fransa Silahlı Qüvvələri
Döyüşlər

Təltifləri "Fəxri Legion" ordeninin Zabit dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mari Edm Patris de Mak-Maqon (fr. Marie Edme Patrice Maurice, Count de MacMahon, Duke de Magenta; 13 iyun 1808[1], Syulli[d]17 oktyabr 1893[2][3], Monkresson[d]) — fransız hərb və siyasi xadim, marşal, 1873-1879-cu illərdə Üçüncü Fransa Respublikasının prezidenti.

Adolf Tyer 1872-ci ilin may ayının 10-da istefaya getdikdən sonra prezident vəzifəsinə Mak Maqon təyin edildi. Mak Maqon hakimiyyətə gəldikdən sonra hakimiyyət orqanlarında respublikaçıları monarxist qüvvələrlə əvəz etməyə başladı. Mətbuat üzərində nəzarət gücləndirildi. Bu arada monarxistlər arasında hakmiyyətə kimin gətirilməsi barəsində ortaq bir fikir qəbul edildi. Belə ki, nəzərdə tutldu ki, qraf Şambor V Henrix adı ilə hakimiyyətə gətirilsin və onun varisi olmadığına görə Paris qrafı ona varis təyin edilsin.

1873-cü ilin payızında hər kəs Şamborun hakimiyyətə gəlişini gözlədiyi bir vaxtda Fransa hökumətinə yerlərdən xəbər gəlməyə başlayır: Fransanın bütün şəhər və departamentlərinin əksəriyyətində xalq monarxiyanın bərpasını istəmir. Yerlərdə xüsusi komitələr yaradılmış və monarxın ayağı Fransaya dəyən kimi yerlərdə inqilabi hərəkat yüksələcək və Fransa yenidən inqilabın pəncəsinə düşəcəkdir. Buna qətiyyən yol vermək olmazdı. Belə olan halda qraf Şambor geri çəkildi. Beləliklə 1873-cü ilin sentyabr ayında Fransada yenidən monarxiya qurulacağı ehtimalı aradan qalxmış oldu. Noyabr ayında isə Qanunverici Məclis Mak Maqonun prezidentlik səlahiyyətini 7 il nəzərdə tutan xüsusi bir qanun qəbul etdi. Semptantlıq haqqında qanun əslində Mak Maqonun yenidən monarxiyanı bərpa edə bilməsi üçün verilən müddət idi. Mak Maqon monarxiyanın bərpası uğrunda çalışmağa başlasa da, 1875-ci il konstitusiyası ona imkan yaratmadı. Bundan sonra Mak Maqon respublika quruluşunu gözdən salmağa başladı.

1877-ci ilin may ayının 16-da Fransada siyasi bir böhran yaşandı. Belə ki, Milli Məclisə seçkilərdə üstünlük qazanmış respublikaçılar yeni hökumət qurmalı olduqları halda, Mak Maqon hökumətin təşkil edilməsi işini monarxistlərin və parlament azlığının nümayəndəsi olan Brioya vermək istədi. Sözsüz ki, Brionun yaratdığı hökumət parlamentdə etimad qazana bilməzdi. Nəticədə Brio istefaya getmək məcburiyyətində qaldı. Lakin bununla belə Mak Maqon heç bir vəchlə respublikaçıların nümayəndəsini baş nazir vəzifəsinə təyin etmək istəmirdi. Vəziyyət hətta o yerə gəlib çatdı ki, bütün Fransa 1878-ci ildə Mak Maqonu baykot elan etdi. Seçkilərin nəticəsində respublikaçılar daha böyük səs çoxluğu əldə etdilər. Mak Maqon ona kömək edilməsi üçün orduya müraciət etsə də, onun bu müraciətinə yalnız bir general qarşılıq verdi. Mak Maqon siyasi məğlubiyyətə uğrayaraq nəhayət ki respublikaçıların nümayəndəsi olan Simonun başçılığı altında hökumət yaradılmasına razı oldu və 1879-cu ilin yanvar ayında istefaya getdi. Onu vəzifəsində 1879-1887-ci illərdə hakimiyyətdə olacaq Jül Qrevi əvəz etdi.

  1. 1 2 Find a Grave (ing.). 1996.
  2. 1 2 senat.fr (fr.).
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.